Yuxarı

Ötən ay Azərbaycandan məcburi çıxarılan şəxslərin sayı açıqlanıb

İyulda 2 792 əcnəbi Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarını pozub

Bakı. 17 avqust. REPORT.AZ/ Bu ilin iyulunda 2 792 əcnəbi Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarını pozub.

Bu barədə “Report”a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Xidmətdən bildirilib ki, əcnəbilərdən 13-nün Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 198 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1928 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etmələri, 653 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Məlumata görə, ötən ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 7662 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 96732 əcnəbinin müraciəti qeydə alınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi