Yuxarı

DSX: Ötən ay Azərbaycan sərhədini pozan 46 nəfər saxlanılıb, 375 nəfər aşkar­lanaraq aidiyyəti orqanlara təhvil verilib

Yanvar ayında 10 kiloqram 972 qram narkotik maddənin dövlət sərhə­dindən keçirilməsinin qarşısı alınıb

Bakı. 11 fevral. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları yanvar ayında dövlət sərhədini pozduqları üçün 27 halda 46 nəfəri saxlayıb.

DSX-nın mətbuat mərkəzindən "Report"a verilən məlumata görə, saxlanılanların 16 nəfəri Azərbaycan, 13 nəfəri Banqladeş, 4 nəfəri Pakistan, 3 nəfəri Özbə­kistan, 3 nəfəri İran, 3 nəfəri Nigeriya, hər ölkədən bir nəfər olmaqla Türkmənistan, Əfqanıstan, Qambiya vətəndaşları olub.

Qurumdan bildirilib ki, sərhəd rejim qaydalarını pozduqlarına görə yaşıl sərhəddə 3 halda 5 nəfər, Xəzər dənizində 4 halda 6 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq­-mühafizə orqanları tərəfindən axtarışda olan 375 nəfər aşkar­lanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbir­ləri nəticəsində 8 halda 10 kiloqram 972 qram narkotik maddənin dövlət sərhə­dindən keçirilməsinin qarşısı alınıb.

Yanvar ayının 9-da Biləsuvar rayonunun Biləsuvar kəndi ərazi­sin­dəki sərhəd zastava­sı­nın xidməti ərazisində "Vaz-2015" markalı Az 44-BC-305 dövlət qeydiyyat nömrəli avtomobildə Lənkəran rayon sakinləri, Əliyev Rövşən Tofiq oğlu, İbişov Elşən Rafiq oğlu və Qasımzadə Musa Azad oğlu saxla­nılıb. Avtomobilə baxış zamanı 3,9 kiloqram həşiş, 3,7 kiloqram marixuana aşkar edilib.

Yanvar ayının 16-da Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazi­sin­dəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayon sakinləri Əsədov Səyyad Müzəffər oğlu və Məhərrəmov Vilayət Ziyad oğlu 2 kiloq­ram həşiş, 1140 qram marixuana, 25 qram heroin, 30 qram tiryəklə saxlanılıblar.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 53 halda ümumi dəyəri təqribən 336 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd siqnal tapançası, RPK-74 silahı üçün 1 ədəd daraq, 41 ədəd 5,45 mm-lik patron, 2 ədəd beşbarmaq, 51 600 Azərbaycan manatı, 2 300 ABŞ valyutası, 500 Avropa valyutası, 121 86 qutu siqaret, 34 ədəd mobil telefon, 1940 qutu pirotexniki vasitə, 9 968 ədəd dərman preparatları, 1 baş at, müxtəlif ərzaq və sənaye malları saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi