Ötən ay Azərbaycan ərazisində 125 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib

Ötən ay Azərbaycan ərazisində 125 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib Noyabr ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb
Hadisə
3 Dekabr , 2015 14:00
Ötən ay Azərbaycan ərazisində 125 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib

Bakı. 3 dekabr. REPORT.AZ/ Ötən ay Azərbaycan ərazisində 5,032,184 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 

ANAMA-dan "Report"a verilən xəbərə görə, noyabrda ölkə ərazisində 125 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.

Məlumata görə, əməliyyatlarda 488 nəfər minaaxtaran mütəxəssis və 112 nəfər yardımçı heyət iştirak edib. Həmçinin əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it cəlb olunub. 

Qurumdan bildirilib ki, indiyədək cəmi 314,455,648 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713,895-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağstafa, Beyləqan, Füzuli, Gəncə, Göygöl, Xocavənd, Qazax, Abşeron, Samux və Tərtər rayonlarında davam etdirilir.

2015-ci ilin noyabr ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi