Ötən ay 23 minə yaxın partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib

Ötən ay 23 minə yaxın partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib 4 220 998 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib
Hadisə
2 İyul , 2015 11:47
Ötən ay 23 minə yaxın partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib

Bakı. 2 iyul. REPORT.AZ/ İyun ayı ərzində 4 220 998 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə "Report"a ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 22 605 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 487 minaaxtaran mütəxəssis, 116 nəfərlik yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 291 404 465 kvadrat metr ərazi təmizlənib, tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 712 877-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Ağdam, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Goranboy, Tovuz, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir. Keçən ay ərzində iki mina/PHS hadisəsi qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi