Ötən ay 1951 əcnəbinin Azərbaycan ərazisindən məcburi çıxırılmasına qərar verilib

Ötən ay 1951 əcnəbinin Azərbaycan ərazisindən məcburi çıxırılmasına qərar verilib Dövlət Miqrasiya Xidməti iyun ayının statistikasını açıqlayıb
Hadisə
9 İyul , 2015 12:06
Ötən ay 1951 əcnəbinin Azərbaycan ərazisindən məcburi çıxırılmasına qərar verilib

Bakı. 9 iyul. REPORT.AZ/ Bu ilin iyun ayı ərzində 2 108 əcnəbinin Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərini pozduğu müəyyən edilib. Dövlət Miqrasiya Xidmətindən "Report"a verilən xəbərə görə, onlardan 20-nin ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub.

Bundan başqa, 137 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1653 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etmələri, 298 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, keçən ay DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 8 min 382 müraciət daxil olub.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 69 min 947 əcnəbinin müraciəti qeydə alınıb.

Bununla yanaşı işə götürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə xidmətin müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 20 sahibkarlıq subyektində yoxlamalar aparılıb. Keçirilən tədbirlər nəticəsində 19 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkar edilib.

Son xəbərlər

Orphus sistemi