Orskda 31 yaşlı azərbaycanlı iş adamı qətlə yetirilib

Orskda 31 yaşlı azərbaycanlı iş adamı qətlə yetirilib Cinayəti törətməkdə şübhəli bilinən digər azərbaycanlı axtarılır
Hadisə
28 Aprel , 2017 11:07
Orskda 31 yaşlı azərbaycanlı iş adamı qətlə yetirilib

Bakı. 28 aprel. REPORT.AZ/ Rusiyanın Orsk şəhərində 31 yaşlı azərbaycanlı iş adamı qətlə yetirilib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Orsk müstəntiqləri qətl ilə bağlı cinayət işi başladıb.

Cinayət aprelin 26-da gecə saatlarında törədilib. Çerniqovskaya küçəsində yerləşən binanın həyətində başından və bədənindən güllə yarası almış kişi meyiti tapılıb. Müstəntiqlər mümkün qatili müəyyənləşdirib, o indi axtarışdadır.

Cinayəti törətməkdə 32 yaşlı azərbaycanlı Xancanov Balaş Allahşükür oğlu şübhəli bilinir.

Son xəbərlər

Orphus sistemi