Orenburqda yanğında xəsarət almış daha bir azərbaycanlı ölüb

Orenburqda yanğında xəsarət almış daha bir azərbaycanlı ölüb Moskva. 20 fevral. REPORT.AZ/ Rusiyanın Orenburq şəhərində mənzildə baş verən güclü yanğında xəsarət almış daha bir azərbaycanlı - 1968-ci il təvəllüdlü Sevinc Şiraslan qızı Quliyeva ölüb.
Hadisə
20 Fevral , 2018 15:50
Orenburqda yanğında xəsarət almış daha bir azərbaycanlı ölüb

Moskva. 20 fevral. REPORT.AZ/ Rusiyanın Orenburq şəhərində mənzildə baş verən güclü yanğında xəsarət almış daha bir azərbaycanlı - 1968-ci il təvəllüdlü Sevinc Şiraslan qızı Quliyeva ölüb.

Bu barədə "Report"un Rusiya bürosuna Orenburq Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin rəhbəri Yaşar Məsimov məlumat verib.

Onun sözlərinə görə, S.Quliyeva bu səhər dünyasını dəyişib.

Bununla da yanğında ölənlərin sayı 6 nəfərə çatıb. Daha 4 nəfər isə xəstəxanadadır. Onların hamısının vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, fevralın 12-də Orenburqun Salmışskoy küçəsində yerləşən evdə yanğın baş verib, nəticədə azərbaycanlılardan ibarət ailənin, demək olar ki, bütün üzvləri ölüb.

Son xəbərlər

Orphus sistemi