Oqtay Gülalıyev yenidən əməliyyat olunub

Oqtay Gülalıyev yenidən əməliyyat olunub Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyev yenidən əməliyyat olunub.
Hadisə
10 Yanvar , 2020 19:45
Oqtay Gülalıyev yenidən əməliyyat olunub

Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyev yenidən əməliyyat olunub.

"Report" xəbər verir ki, bu barədə Oqtay Gülalıyevin oğlu Əli Gülalıyev məlumat verib.

"Əməliyyat, təxminən, üç saatdan çox çəkdi. Həkim Mehdi Sasaninin bildirdiyinə görə, əməliyyat uğurlu keçib. Başında yaranmış artıq suyun çəkilməsi üçün beyninin sağ tərəfinə şunt qoyulub. Vəziyyəti hazırda stabildir”, - o deyib.

Qeyd edək ki, İstanbulun Amerikan Xəstəxanasında Oqtay Gulalıyevin üzərində aparılan təkrar müayinələr zamanı onun beynində kəskin maye yığılması aşkarlanıb. Həkimlərin tövsiyəsi və ailəsinin razılığı ilə Oqtay Gülalıyev əməliyyat olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir. Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir.

Son xəbərlər

Orphus sistemi