"Optimal Elektronika" MMC-nin yük maşını aşıb, şirkətin əməkdaşları xəsarət alıblar

"Optimal Elektronika" MMC-nin yük maşını aşıb, şirkətin əməkdaşları xəsarət alıblar İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
9 Yanvar , 2020 09:58
Optimal Elektronika MMC-nin yük maşını aşıb, şirkətin əməkdaşları xəsarət alıblar

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 101-ci kilometrliyində, magistralın rayonun Məhəmmədli kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Gəncə şəhər sakini,1989-cu il təvəllüdlü Asim Nofəl oğlu Quliyevin idarə etdiyi, "Optimal Elektronika" MMC-yə məxsus məişət əşyalarını daşıyan "İsuzu" markalı, 99-JS -534 dövlət nömrə nişanlı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı şirkətin 2 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəza nəticəsində yük avtomobilində olan məişət texnikası və avadanlıqları ətrafa səpələnərək yararsız hala düşüb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi