Moskvada on iki il əvvəl qətl törədən Azərbaycan vətəndaşının apellyasiya şikayətinə baxılıb

Moskvada on iki il əvvəl qətl törədən Azərbaycan vətəndaşının apellyasiya şikayətinə baxılıb Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
29 İyun , 2016 15:22
Moskvada on iki il əvvəl qətl törədən Azərbaycan vətəndaşının apellyasiya şikayətinə baxılıb

Bakı. 29 iyun. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İxtiyar Rüstəmovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, İ.Rüstəmovun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2004-cü ildə Rusiya paytaxtı Moskva şəhərində İ.Rüstəmov Sergey Zasevi bıçaqlayaraq qətlə yetirib və hadisədən sonra Azərbaycana qayıdıb.

Faktı Moskva polisi araşdırıb və İ.Rüstəmovun cinayəti qısqanclıq zəminində törətdiyi məlum olub. Lakin onu saxlamaq mümkün olmayıb. Bu səbəbdən onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarış elan edilib. 2015-ci il mayın 12-də İ.Rüstəmov Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən tutulub və Baş Prokurorluq tərəfindən istintaq aparılıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ilə ittiham olunub. Məhkəmə prosesində İ.Rüstəmov ittiham üzrə özünü təqsirli bilməyib.

Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə İ.Rüstəmov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi