Ombudsmanın nümayəndələri sosial xidmət müəssisəsinə baş çəkiblər

Ombudsmanın nümayəndələri sosial xidmət müəssisəsinə baş çəkiblər Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinə başçəkmə həyata keçirilib.
Hadisə
1583
6 May , 2022 15:37
Ombudsmanın nümayəndələri sosial xidmət müəssisəsinə baş çəkiblər

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinə başçəkmə həyata keçirilib.

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

MPQ-nin psixoloq üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisənin bütün ərazisinə, o cümlədən yataqxanaya, mətbəxə, yeməkxanaya, reabilitasiya otaqlarına baxış keçirilib, sosial xidmətin təşkili ilə bağlı mövcud vəziyyət araşdırılıb. Rəftar məsələlərin öyrənilməsi məqsədilə müəssisənin sakinləri, əməkdaşları və rəhbərliyi ilə fərdi müsahibələr aparılıb.

MPQ üzvləri tərəfindən müəssisə rəhbərliyinə saxlanma şəraitinin təkmilləşdirilməsi və əlilliyi olan şəxslərin hüquqlarının təmini istiqamətində müvafiq tövsiyələr verilib. Bununla yanaşı, Ombudsmana müraciət formaları, 24 saat fəaliyyət göstərən 916 Çağrı Mərkəzi barədə ətraflı məlumat verilib və təsisatın əlaqə məlumatlarını əks etdirən plakat təqdim olunub.

Son xəbərlər

Orphus sistemi