Bakı. 8 noyabr. REPORT.AZ/
Ombudsman Aparatından "Report"a verilən məlumata görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya qanununun tələbləri əsasında təşkil olunan başçəkmədə məqsəd bu müəssisədə saxlama şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin, habelə Ombudsmanın ünvanına göndərilən müraciətlərin araşdırılmasından ibarət olub.
Başçəkmə zamanı saxlanılma şəraiti, qidalanma, tibbi yardım, gəzinti və digər hüquqların təmin olunması vəziyyəti, habelə rəftar məsələləri araşdırılıb, müəssisədə saxlanılan bir sıra şəxslər fərdi qaydada qəbul ediliblər. Həmin şəxslər Müvəqqəti saxlama yeri və İstintaq Təcridxanasının əməkdaşlarının rəftarından, saxlanma şəraitindən, müraciətlərinin təmini məsələlərindən şikayət etməyiblər.
Qəbul edilən şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah olunub. Fərdi qaydada dinlənilən zaman bəzi saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə onlara hüquqi məsləhətlər verilib və müraciətləri aidiyyəti qurumlar qarşısında qaldırılacaq.
Başçəkmənin yekununda Müvəqqəti saxlama yeri və İstintaq Təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.