Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən,
Başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanuna və müvəqqəti saxlama yerlərinin daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, habelə sənədləşmənin aparılması vəziyyətinin yoxlanılması olub.
Başçəkmə zamanı saxlama şəraitinin araşdırılması məqsədilə MSY-ə baxış keçirilib, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, gəzinti, görüş, sovqat və telefon danışıqları, kameradan çıxarılma ilə bağlı sənədləşmə yoxlanılıb, habelə MPQ üzvləri tərəfindən həmin müəssisədə 8 nəfər saxlanılan şəxs fərdi qaydada qəbul edilib, onlarla təkbətək söhbətlər aparılıb. Havaların isti keçməsi ilə əlaqədar havalandırma və soyutma sisteminin də çalışdığı müşahidə edilib.
Başməkmə zamanı MSY-də saxlanılan şəxslər şəraitdən və müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hər birinə hüquqi məsləhətlər verilib.
Milli və beynəlxalq qanunvericiliyə, o cümlədən müvəqqəti saxlama yerlərinin daxili intizam qaydalarına uyğun şəkildə sənədləşmənin təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılıması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.