Ombudsman: "Şagirdin intiharı hadisəsinin obyektiv araşdırılması üçün Baş prokurora müraciət etmişik" - EKSKLÜZİV

Ombudsman: "Şagirdin intiharı hadisəsinin obyektiv araşdırılması üçün Baş prokurora müraciət etmişik" - EKSKLÜZİV Elina Hacıyevanın intiharı ilə bağlı məlum hadisə hər birimizi sarsıtdı. Məlumdur ki, bu hadisə baş verən ilk gündən dövlət qurumları, hüquq-mühafizə orqanları məsələni diqqətdə saxlayaraq ciddi araşdırmalar aparır.
Hadisə
11 Aprel , 2019 15:02
Ombudsman: Şagirdin intiharı hadisəsinin obyektiv araşdırılması üçün Baş prokurora müraciət etmişik - EKSKLÜZİV
Ombudsman Elmira Süleymanova / Report/ Elchin Murad

"Elina Hacıyevanın intiharı ilə bağlı məlum hadisə hər birimizi sarsıtdı. Məlumdur ki, bu hadisə baş verən ilk gündən dövlət qurumları, hüquq-mühafizə orqanları məsələni diqqətdə saxlayaraq ciddi araşdırmalar aparır".

Bunu "Report"a eksklüziv açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova (Ombudsman) deyib.

E.Süleymanova Ombudsman haqqında Konstitusiya Qanununa uyğun olaraq, bu hadisəni nəzarətə götürərək tam, hərtərəfli və obyektiv araşdırılması, təqsirkar şəxslərin müəyyən olunması və cəzalandırılması ilə bağlı Baş prokurora müraciət etdiyini bildirib: "İnternet resurslarında və müxtəlif sosial şəbəkələrdə Elinanın ailə üzvlərinin vəziyyəti, əhalinin həssaslığı və xüsusilə uşaqların psixoloji durumu nəzərə alınmadan yayılan təsdiqlənməmiş məlumatlar və mülahizələr çaşqınlığa, psixoloji gərginliyə və hüquq pozuntularına səbəb olub. Odur ki, hər birimiz məsələyə həssaslıqla yanaşmalı, səlahiyyətli dövlət qurumları tərəfindən araşdırmaların nəticələrini və ictimaiyyətə açıqlamalarını gözləməliyik. Bu cür hadisələrin qarşısının alınması və təkrarlanmaması üçün uşaq psixoloqlarının fəaliyyəti artırılmalı, hüquqi maarifləndirmə işi genişləndirilməli və uşaq müdafiə sistemi daha da gücləndirilməlidir". 

Son xəbərlər

Orphus sistemi