Ombudsman Leyla Yunus və İntiqam Əliyevlə bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət edib

Ombudsman Leyla Yunus və İntiqam Əliyevlə bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət edib ​Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasında araşdırma aparıblar
Hadisə
8 Dekabr , 2014 14:40
Ombudsman Leyla Yunus və İntiqam Əliyevlə bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət edib

Bakı. 8 dekabr.REPORT.AZ/ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT) araşdırma aparıblar. Bu barədə "Report"a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.

Araşdırma zamanı Müvəkkilin nümayəndələri BİT-də saxlanılan digər şəxslərlə yanaşı, Leyla Yunusova və İntiqam Əliyevlə də görüşüblər.

Araşdırma zamanı müəyyən olunub ki, L.Yunusova Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimlərinin xidmətindən imtina edib və bu barədə müvafiq sənədləşmə aparılıb.

Hər iki adı çəkilən şəxslə görüşün nəticələri barədə Ombudsman tərəfindən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət olunub.

Son xəbərlər

Orphus sistemi