​Ombudsman Elmira Süleymanova Rauf Mirqədirov və Arif Yunusovla görüşüb

​Ombudsman Elmira Süleymanova Rauf Mirqədirov və Arif Yunusovla görüşüb MTN-in Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə həyata keçirilib
Hadisə
6 Oktyabr , 2015 12:23
​Ombudsman Elmira Süleymanova Rauf Mirqədirov və Arif Yunusovla görüşüb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib. Bu barədə “Report”a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Başçəkmədə məqsəd saxlanılma şəraiti və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub.

Həmin müəssisədə saxlanılan şəxslərdən Rauf Mirqədirov, Arif Yunusov və digərlər ilə təkbətək qaydada görüş keçirilib. Təklikdə söhbət zamanı onlar bu müəssisədə saxlanılma şəraiti, habelə müəssisə əməkdaşlarının rəftarından şikayət etməyib, keyfiyyətli qida və tibbi xidmətdən razılıqlarını bildiriblər.

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi