Yuxarı

​Ombudsman Baş Polis İdarəsindəki başçəkmə ilə bağlı DİN-ə müraciət edəcək

Milli Preventiv Qrupun üzvləri başçəkmələri davam etdirir

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər. Bu barədə “Report”a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Başçəkmədə məqsəd saxlanma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmələr zamanı həmin müəssisələrdə saxlanılan şəxslər MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul edilib, onlarla konfidensial şəraitdə söhbətlər aparılıb.

Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilib.

Həmin müəssisə rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi