Ombudsman Aparatının nümayəndələri DTX-nin istintaq təcridxanasında İkram Rəhimovla görüşüb

Ombudsman Aparatının nümayəndələri DTX-nin istintaq təcridxanasında İkram Rəhimovla görüşüb Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.
Hadisə
15 Fevral , 2019 17:08
Ombudsman Aparatının nümayəndələri DTX-nin istintaq təcridxanasında İkram Rəhimovla görüşüb

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd bu müəssisədə saxlama şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub.

Başçəkmə zamanı saxlanılma şəraiti, qidalanma, tibbi yardım, gəzinti və digər hüquqların təmin olunması vəziyyəti, rəftar məsələləri araşdırılıb, bu məqsədlə bir sıra təqsirləndirilən şəxslər fərdi qaydada qəbul ediliblər. Qəbul edilən şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri, müraciətləri üzrə Ombudsmanın səlahiyyətləri izah olunub, bəzi şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə onlara hüquqi məsləhətlər verilib. Qida qəbulundan imtina etməsi ilə bağlı barəsində internet səhifələrində məlumat yayılmış İkram Rəhimov da fərdi qəbul edilib və o, qida qəbul etdiyini bildirib. Başçəkmənin yekununda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılmış, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi