Yuxarı

Ombudsman Aparatının əməkdaşları polis şöbəsində nöqsanlar aşkarlayıb

Ombudsman tərəfindən Daxili İşlər Nazirliyinə müraciət olunub

Bakı. 25 dekabr. REPORT.AZ/ Ombudsman Aparatının əməkdaşları əvvəlcədən xəbərdarlıq etmədən Bərdə, Ucar, Kürdəmir rayon polis şöbələrinin (RPŞ) müvəqqəti saxlama yerlərinə (MSY), habelə Müdafiə Nazirliyinin Bərdə Qarnizonu Hərbi Polisinin hauptvaxtına qısamüddətli başçəkmələr həyata keçiriblər. Bu barədə “Report”a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.

Başçəkmələrdə məqsəd həmin müəssisələrdə saxlanılma şəraiti, saxlanılan şəxslərlə rəftar, əvvəlki başçəkmlər zamanı verilmiş tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi olub.

Standartlara cavab verən həmin müəssisələrdə saxlanılan şəxslərlə söhbət zamanı onlar saxlanılma şəraiti və onlara qarşı rəftarla bağlı şikayət etməyiblər.

Eyni zamanda Kürdəmir RPŞ-də saxlanılan şəxslərin şəxsi işlərinə və qeydiyyat kitablarına baxış zamanı aşkar edilmiş nöqsanlarla bağlı Ombudsman tərəfindən Daxili İşlər Nazirliyinə müraciət olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi