Yuxarı

Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasında 15 nəfərlə görüşüb

Saxlanılma şəraitinin təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərinə müvafiq tövsiyələr verilib

Bakı. 18mart. REPORT.AZ/ Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında başçəkmə həyata keçiriblər. Bu barədə "Report"a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.

Başçəkmədə məqsəd Müvəkkilin ünvanına daxil olmuş müraciətlərin araşdırılması, həmçinin saxlanılma şəraiti və rəftar vəziyyətinin öyrənilməsi olub. Başçəkmədə MPQ-nın həkim üzvü də iştirak edib. Başçəkmə zamanı Milli Preventiv Qrupun üzvləri həmin müəssisədə on beş saxlanılan şəxslə görüşüb, həmin şəxslərə qarşı rəftar və saxlanma şəraiti ilə bağlı vəziyyəti öyrəniblər. Qəbul olunan təqsirləndirilən şəxslərlə fərdi qaydada aparılan söhbət zamanı həmin şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı narazılıq etməyiblər. Bu şəxslərə qaldırdıqları məsələlərlə əlaqədar hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah edilib. Eyni zamanda, onlardan bəzilərinin istintaqın qeyri-obyektiv aparılması ilə bağlı Ombudsmana ünvanlanmış müraciətləri araşdırılması üçün müvafiq orqana göndərilib. Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərinə müvafiq tövsiyələr verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi