Yuxarı

​Ombudsman Aparatının nümayəndələri Mövsüm Səmədov, Tofiq Yaqublu və Sərdar Əlibəyli ilə görüşüblər

Görüşlər zamanı qaldırılan məsələlərlə əlaqədar Ombudsman tərəfindən müvafiq səlahiyyətli dövlət orqanlarına müraciət edilib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycan Ombudsman Aparatı Milli Preventiv Qrupun üzvləri 12, 13 və 14 saylı cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçiriblər.

Bu barədə “Report”a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, başçəkmə zamanı 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Mövsüm Səmədovla görüş keçirilib, saxlanma şəraiti araşdırılıb.

13 saylı cəzaçəkmə müəssisəsinin karantin otağında saxlanılan Tofiq Yaqublu da qəbul edilib və vəziyyəti araşdırılıb. Görüş zamanı T.Yaqublu cəzaçəkmə müəssisəsində saxlanılma şəraiti və rəftarla bağlı narazı olmadığını bildirib.

Həmçinin 14 saylı cəzaçəkmə müəssisəsində qəbul edilmiş Sərdar Əlibəyli də saxlanılma şəraiti və rəftarla bağlı şikayət etməyib.

Bu görüşlər zamanı qaldırılan məsələlərlə əlaqədar Ombudsman tərəfindən müvafiq səlahiyyətli dövlət orqanlarına müraciət edilib.

Qeyd edək ki, M.Səmədov Azərbaycan İslam Partiyasının sədri, T.Yaqublu isə Müsavat Partiyası başqanının müavinidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi