Yuxarı

Ombudsman Aparatının əməkdaşları Penitensiar Xidmətin Həbsxanasında araşdırma aparıb

Müvəkkil başçəkmənin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib

Bakı. 20 avqust. REPORT.AZ/ Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Həbsxanasına və 3 saylı İstintaq təcridxanasına uzunmüddətli başçəkmələr həyata keçiriblər. Bu barədə Report-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Başçəkmədə məqsəd Müvəkkilin ünvanına daxil olmuş məlumatların araşdırılması, saxlanılma şəraiti və məhkumlarla rəftar vəziyyətinin öyrənilməsi olub. Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.

Fakültativ protokolun tələblərinə uyğun olaraq həbsxana və təcridxananın bütün obyektlərinə, o cümlədən cərimə təcridxanasına, karantin otaqlarına, bütün korpuslarda məhkumların saxlama kameralarına baxış keçirilib, bir çox məhkumlar fərdi qaydada qəbul edilib, lazımi sənədlər və qeydiyyat kitabları öyrənilib.

Müvəkkil başçəkmənin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi