Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası iyunun 30-na təyin edilib
Hadisə
28 İyun , 2016 14:40
Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 28 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Bəxtiyar Eyvazovun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 30-na təyin edilib.

Qeyd edək ki, ötən ik sentyabrın 30-da saat 09 radələrində Goranboy rayonunun Rəhimli kəndində rayon sakini Bəxtiyar Eyvazov idarə etdiyi “Renault” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

B.Eyvazovun sərnişini - Bakı şəhər sakini Roman Məmmədov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi