Ölümlə nəticələnən qəza törədən qadın sürücünün məhkəməsi başlayır

Ölümlə nəticələnən qəza törədən qadın sürücünün məhkəməsi başlayır Bakıda ölümlə nətəcələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əsgərova Sahibət İsax qızının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
31 Dekabr , 2019 11:13
Ölümlə nəticələnən qəza törədən qadın sürücünün məhkəməsi başlayır

Bakıda ölümlə nətəcələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əsgərova Sahibət İsax qızının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Hakim Azər Tağıyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçirləcək.

Qeyd edək ki, hadisə bu il iyun ayında paytaxtın Səbail rayonu ərazisində baş verib. Şəmkir rayon sakini, 1974-cü il təvəllüdlü Əsgərova Sahibət İsax qızı idarə etdiyi "Hyundai Santa Fe" markalı 99 FF 244 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və Zərifə Əliyeva 25 saylı ünvanın qarşısındakı işıqforun dirəyinə çırpılıb.

Sürət həddi yüksək olduğundan avtomobil işıqforun dirəyini qıraraq yaxınlıqdakı çinar ağacına dəyib.

Hadisə nəticəsində sərnişin, 1978-ci il təvəllüdlü Abbaslı Könül Əhməd qızı hadisə yerində dünyasını dəyişib, sürücü və digər iki sərnişin - 1981-ci il təvəllüdlü Əliyeva Adilə Nazim qızı və 2004-cü il təvəllüdlü İslamova Nərmin Eldəniz qızı ağır bədən xəsarətləri alıb.

S.Əsgərovaya Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ititham verilib.

Son xəbərlər

Orphus sistemi