Rusiyadan Azərbaycana gizli yolla qızıl sikkələrin gətirilməsinin qarşısı alınıb

Rusiyadan Azərbaycana gizli yolla qızıl sikkələrin gətirilməsinin qarşısı alınıb Bakı. 3 yanvar. REPORT.AZ/ Rusiya Federasiyası istiqamətindən Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Xanoba gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil Mercedes Sprinter markalı nəqliyyat vasitəsinin sürücüsü, Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.
Hadisə
3 Yanvar , 2019 10:59
Rusiyadan Azərbaycana gizli yolla qızıl sikkələrin gətirilməsinin qarşısı alınıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Rusiya Federasiyası istiqamətindən Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil "Mercedes Sprinter" markalı nəqliyyat vasitəsinin sürücüsü, Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

Komitədən “Report”a verilən məlumata görə, şəxsi yoxlama zamanı, onun əynindəki gödəkçənin sağ və sol ciblərindən, hər cibində 1 ədəd olmaqla, cəmi 2 ədəd bağlamada gömrük nəzarətinə bəyan edilməyən 54 ədəd, arxa tərəfində "10 rubl 1899", 7 ədəd, arxa tərəfində "10 rubl 1900", 1 ədəd, arxa tərəfində "10 rubl 1901 " və 2 ədəd, arxa tərəfində "10 rubl 1902" yazıları həkk olunan, ümumilikdə 549 qram qızıl sikkələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi