Azərbaycan gömrükçüləri ölkəyə daxili orqanında narkotik vasitə keçirmək istəyən şəxsi saxlayıblar

Azərbaycan gömrükçüləri ölkəyə daxili orqanında narkotik vasitə keçirmək istəyən şəxsi saxlayıblar Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İrandan gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb.
Hadisə
21 Yanvar , 2020 13:53
Azərbaycan gömrükçüləri ölkəyə daxili orqanında narkotik vasitə keçirmək istəyən şəxsi saxlayıblar

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İrandan gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Şifahi sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib.

Sonra vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında aparılan tibbi müayinə nəticəsində vətəndaşın düz bağırsağından, şəffaf sellofana bükülü, ümumi çəkisi 94 qram olan qəhvəyi rəngli, narkotik vasitə - heroin, çəkisi 3 qram olan tünd qəhvəyi rəngli, narkotik vasitə - tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi