​Ölkə ərazisində üç minik avtomobili yanıb

​Ölkə ərazisində üç minik avtomobili yanıb Hadisənin biri paytaxtda, digərləri bölgələrdə baş verib
Hadisə
23 May , 2015 23:15
​Ölkə ərazisində üç minik avtomobili yanıb

Bakı. 23 may. REPORT.AZ/ Bu gün paytaxtda və respublikanın bölgələrində vətəndaşlara məxsus minik avtomobillərində yanğın hadisələri baş verib.

“Report” xəbər verir ki, birinci hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb.

Vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı qaraj yanğından mühafizə olunub.

Digər hadisə Qazax rayonunun Daş Salahlı kəndində baş verib. Vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı elektrik dirəyi yanğından mühafizə olunub.

Daha bir hadisə isə Ucar rayonunun Yuxarı Şilyan kəndində vətəndaşa məxsus talvarın yanar konstruksiyaları, altına yığılmış 4,5 ton ot bağlamasının 2 tonu və “OPEL” markalı minik avtomobilinin arxa hissəsinin yanması ilə nəticələnib.

Talvarın, ot bağlamasının və avtomobilin qalan hissələri yanğından mühafizə olunub.

Bütün hallarda yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi