Yuxarı

Ölkə ərazisində işıqların sönməsinə havaların kəskin isti keçməsi səbəb olub - RƏSMİ

Ölkə ərazisində işıqların sönməsinə havaların kəskin isti keçməsi səbəb olub - RƏSMİ
Nəticədə Azərbaycan İES-nin yarımstansiyalarından birində qəza baş verib
© Report

Bakı. 3 iyul. REPORT.AZ/ Bakı və ölkənin digər rayon və şəhərlərinin elektrik enerjsi ilə təchizatında fasilənin yaranmasına gətirib çıxaran qəzanın ilkin səbəbi açıqlanıb.

"Azərenerji" ASC-dən "Report"a verilən məlumata görə, "Azərbaycan" İES-in tərkibinə daxil olan yarımstansiyalardan birində qəzanın baş verməsinə son günlər havaların kəskin isti keçməsi səbəb olub.

Bildirilir ki, qəza yarımstansiyanın soyutma sistemlərində yaranan nasazlıqla əlaqədardır. Havaların kəskin isti keçməsi həmin soyutma sistemlərinin fəaliyyətinə mənfi təsir göstərib. Nəticədə qəza baş verib.

Qarşıdakı bir neçə saat ərzində elektrik enerjisinin verilişi bərpa olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi