Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz-Bayan avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KamAZ", "Mercedes" və "QAZ-3110" markalı avtomobillərin toqquşması nəticəsində sonuncu avtomobildə olan sürücü və daha iki nəfər xəsarət alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.


