Oğuz rayonunda yol qəzasında 90 yaşlı kişi ölüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qumlaq kəndi ərazisində baş verib.
Belə ki, 1953-cü il təvəllüdlü Yusif Abdulqədirovun idarə etdiyi minik avtomobili ilə yük maşını toqquşub. Nəticədə Y.Abdulqədirov və onun sərnişini, 1929-cu il təvəllüdlü Əhməd Rəhimov ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
90 yaşlı Ə.Rəhimov xəstəxanada keçinib.
Faktla bağlı araşdırma aparılır.



