Oğuzda yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Oğuzda yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB Oğuz rayonunda baş verən yol-nəlqiyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
26 Avqust , 2018 11:45
Oğuzda yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Oğuz rayonunda baş verən yol-nəlqiyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Nəticədə sürücü, Şamaxı rayon sakini 1980-ci il təvəllüdlü Cavid Şirvan oğlu Mehmanov və onun sərnişini, 2006-ci il təvəllüdlü Hüseyn Əli oğlu Dadaşov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Oğuz rayonundan çağırılmış təcili tibbi yardım maşını ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralılardan R. İsmayıllının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.


*** 10:49

 İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Şəki istiqamətində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq, yol kənarındakı ağaca çırpılıb. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar xəstəxanaya çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi