Oğuzda yol qəzası olub, 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Oğuzda yol qəzası olub, 3 nəfər xəsarət alıb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
8 Dekabr , 2018 15:21
Oğuzda yol qəzası olub, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Report

Oğuz. 8 dekabr. REPORT.AZ/ Oğuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, qəza nəticəsində Qəbələ rayon sakinləri - 1978--ci il təvəllüdlü Cəmil Əliyev, 1989-cu il təvəllüdlü İlkin Mustafayev və 1968-ci il təvəllüdlü Hüseyn Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb. 


*** 14:03

Oğuz. 8 dekabr. REPORT.AZ/ Oğuz rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonunun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobil toqquşub. Hadisə nəticəsində avtomobillərdə olan 3 nəfər Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi