Oğuzda usta təmir zamanı evin damından yıxılaraq ağır xəsarət alıb

Oğuzda usta təmir zamanı evin damından yıxılaraq ağır xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
20 Dekabr , 2018 15:11
Oğuzda usta təmir zamanı evin damından yıxılaraq ağır xəsarət alıb
0 : 00
0 : 00

Oğuz. 20 dekabr. REPORT.AZ/ Oğuz rayonunda usta təmir zamanı yıxılaraq ağır xəsarət alıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

Belə ki, yerli sakin, 1972-ci il təvəllüdlü Vüqar Şakir oğlu Şabanov yeni tikilən evin damında təmir işləri apararkən ehtiyatsızlıqdan yıxılıb. Ağır bədən xəsarətləri alan yaralı dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, xəstəyə sağ bud çanaq oynağının çıxığı və bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozu qoyulub. Onun vəziyyəti ağır olduğundan Qəbələ Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi