Oğuzda üç uşaq anası sirkə turşusundan zəhərlənib

Oğuzda üç uşaq anası sirkə turşusundan zəhərlənib Oğuz. 13 dekabr. REPORT.AZ/ Oğuz rayonunda 24 yaşlı qadın sirkə turşusundan zəhərlənib.
Hadisə
13 Dekabr , 2018 19:19
Oğuzda üç uşaq anası sirkə turşusundan zəhərlənib

Oğuz. 13 dekabr. REPORT.AZ/ Oğuz rayonunda 24 yaşlı qadın sirkə turşusundan zəhərlənib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında Oğuz Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə əlamətləri ilə rayonun Padar kənd sakini, 1994-cü il təvəllüdlü Nuranə Rafiq qızı Məhərrəmova daxil olub.

Müayinə zamanı onun yaşadığı ünvanda hələlik bilinməyən səbəblərdən sirkə turşusu içdiyi məlum olub. N.Məhərrəmovaya ilkin tibbi yardım göstərilib və vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, N.Məhərrəmovanın 3 azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi