Oğuzda toydan çıxan şəxsi avtomobil vurub - YENİLƏNİB

Oğuzda toydan çıxan şəxsi avtomobil vurub - YENİLƏNİB Oğuz rayonunda toyan çıxan zaman avtomobilin vurduğu piyadanın şəxsiyyəti məlum olub.
Hadisə
14 Noyabr , 2019 20:08
Oğuzda toydan çıxan şəxsi avtomobil vurub - YENİLƏNİB

Oğuz rayonunda toyan çıxan zaman avtomobilin vurduğu piyadanın şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Şəki rayonunun Qayabaşı kənd sakini, 1968-ci il təvəllüdlü Kamil Surxay oğlu Hüseynov yolu keçmək istəyərkən "Oteco" markalı yük avtomobili tərəfindən vurulub. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, K.Hüseynov Oğuz rayonunda toy mərasimində iştirak edib və hadisə də toydan çıxıb evə gedərkən qeydə alınıb. Onun sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 


*** 18:41

Oğuz rayonunda toydan çıxan şəxsi avtomobil vurub. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bugün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Hələlik şəxsiyyəti məlum olmayan yaralı “təcili yardım” avtomobili ilə  Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi