Oğuzda qəzaya düşən ata və oğulun kimliyi məlum olub

Oğuzda qəzaya düşən ata və oğulun kimliyi məlum olub Oğuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
624
15 Avqust , 2021 13:51
Oğuzda qəzaya düşən ata və oğulun kimliyi məlum olub

Oğuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Emin Heydərov 99-HS-664 dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobillə Qəbələ rayonu istiqamətində hərəkətdə olan qarşısına çıxan "İJ" markalı motosikleti vurub. Nəticədə motosikletin sürücüsü Taleh Məhərrəmov hadisə yerində dünyasını dəyişib, onun atası Gündüz Məhərrəmov isə müxtəlif dərəcəli xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi