​Oğuzda qəza törədən polis əməkdaşı dünyasını dəyişib

​Oğuzda qəza törədən polis əməkdaşı dünyasını dəyişib Maşını aşırdan Tural Əliyev xəstəxanada vəfat edib
Hadisə
13 İyun , 2015 22:34
​Oğuzda qəza törədən polis əməkdaşı dünyasını dəyişib

Bakı. 13 İyun. REPORT.AZ/ Ötən gün Oğuz-Şəki yolunun 35-ci km-də baş verən qəza nəticəsində xəsarət alan 26 yaşlı Tural Tofiq oğlu Əliyev iyunun 13-də günorta saatlarında aldığı ağır bədən xəsarətlərindən Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyişib.

"Report" xəbər verir ki, Tural Əliyev dünən axşam saatlarında idarə etdiyi "Mercedes" markalı 99-FH-324 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində maşını yolun kənarındakı ağaca çırpıb.

Tural Əliyev Oğuz rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində polis çavuşu vəzifəsində işləyirdi.

Hazırda faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi