Oğuzda qanunsuz ov edənlər saxlanılıb

Oğuzda qanunsuz ov edənlər saxlanılıb Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Tərkeş kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.
Hadisə
6 Fevral , 2021 12:15
Oğuzda qanunsuz ov edənlər saxlanılıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Tərkeş kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, raşdırma zamanı onların Qəbələ rayonu Nic qəsəbə sakinləri Dmitri Piralov və Ruslan Balari olduqları müəyyən olunub. Həmin şəxslərdən 2 ədəd “İJ-16” markalı ov tüfəngi və 35 ədəd istifadəyə yararlı patron aşkar olunaraq götürülüb.

Hər iki şəxs barəsində polis şöbəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndəriləcək.

Son xəbərlər

Orphus sistemi