Oğzu rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, ölən şəxslərin hə ikisi qadındır və onlardan biri avtomobilin sürcüsü olub.
Belə ki, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Elnarə Ağazəki qızı Ağakərimovanın idarə etdiyi 99-HK-779 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobillə Şəki şəhəri istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 50 yaşlı E.Ağakərimova və 58 yaşlı Mədinə Cəlilova hadisə yerində dünyasını dəyişib.
Hər iki qadının meyiti müayinə olunması üçün
Faktla bağlı araşdırmalara başlanılıb.
*** 07:12
Oğuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə zamanı 3 nəfər xəsarət alıb. Onlar bir ailənin üzvləridir.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan qadın sürücünün idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb və aşıb. Deformasiyaya uğrayan avtomobildə 5 nəfərin olduğu bildirilir. Hadisə zamanı 2 nəfər ölüb, 3-ü isə yaralanıb. yaralananlar olub.
Yaralılar:
Bakı şəhər sakini, 51 yaşlı Zaman Hadıyev,
Onun həyat yoldaşı, 41 yaşlı Məlahət Hadıyeva,
Onların övladları, 9 yaşlı Zəki Hadıyev.
Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, yaralıların vəziyyəti ağır qiymətləndirilir.
06:21
Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.