Oğuzda qadın elektrik cərəyanı vurması nəticəsində ölüb

Oğuzda qadın elektrik cərəyanı vurması nəticəsində ölüb Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər
Hadisə
9 Avqust , 2016 09:37
Oğuzda qadın elektrik cərəyanı vurması nəticəsində ölüb

Oğuz. 9 avqust. REPORT.AZ/ Oğuz rayonunda qadın elektrik cərəyanı vurması nəticəsində ölüb.

“Report”un bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Qarabaldır kəndində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Çimnaz Sədrəddin qızı Qafarova 10 min kv-luq elektrik naqilinə toxunub və o, hadisə yerində keçinib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. 

Son xəbərlər

Orphus sistemi