Pandemiya qaydalarını pozan hotel rəhbərliyi cərimələnib

Pandemiya qaydalarını pozan hotel rəhbərliyi cərimələnib Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icra
Hadisə
195
18 Dekabr , 2021 14:16
Pandemiya qaydalarını pozan hotel rəhbərliyi cərimələnib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.

AQTA-dan "Report"a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Oğuz şəhəri, 20 Yanvar küç., ev 31 ünvanında fəaliyyət göstərən, “AFRA LTD” MMC-yə məxsus joteldə keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Müəssisədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tələblərinin pozulduğu, masalararası və oturacaqlararası məsafəyə riayət olunmadığı, masaların üzərində dezinfeksiyaedici məhlulların yerləşdirilmədiyi, işçi personalın fərdi qoruyucu vasitələrdən (maska, əlcək və s.) təlimata uyğun istifadə etmədiyi müəyyən olunub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.

Son xəbərlər

Orphus sistemi