Oğuzda orta yaşlı qadın intihar edib - YENİLƏNİB

Oğuzda orta yaşlı qadın intihar edib - YENİLƏNİB Oğuz rayonunda özünü yaşadığı evdə asaraq intihar edən qadının şəxsiyyəti məlum olub.
Hadisə
20 May , 2019 18:56
Oğuzda orta yaşlı qadın intihar edib - YENİLƏNİB

Oğuz rayonunda özünü yaşadığı evdə asaraq intihar edən qadının şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosunun məlumatınma görə, rayon sakini Təranə Şıxıyeva özünü yaşadığı evdə asaraq intihar edib. 

Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib. Onun ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.


*** 17:23

Oğuz rayonunda intihar hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadın özünü yaşadığı evdə asaraq intihar edib. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Hadisənin baş verdiyi əraziyə baxış keçirilib və intiharın səbəbləri araşdırlır. 

Son xəbərlər

Orphus sistemi