Oğuzda nəvə babasını döyüb

Oğuzda nəvə babasını döyüb Faktla bağlı araşdırma aparılır
Hadisə
22 Fevral , 2021 18:17
Oğuzda nəvə babasını döyüb
Foto: "Report"

Oğuz rayonunda nəvə babasını döyərək ağır xəsarət yetirib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Tərkeş kəndində baş verib.

Belə ki, hadisə bu gün axşam saatlarında kənd sakini, 1941-ci il təvəllüdlü Nəriman Bahar oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı məlum olub ki, 80 yaşlı Nəriman Kərimovu öz doğma nəvəsi, 30 yaşlı Orxan Dağlar oğlu Kərimov döyüb. Xəstəxanada ilkin tibbi yardım göstərilən babanın vəziyyəti ağır olduğu üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Hadisənin hansı səbəblərdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi