Oğuzda meşədə yanğın olub

Oğuzda meşədə yanğın olub Oğuz rayonunda meşə ərazisində yanğın olub.
Hadisə
201
29 Fevral , 2020 10:47
Oğuzda meşədə yanğın olub

Oğuz rayonunda meşə ərazisində yanğın olub.

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Bayan kəndi yaxınlığındakı meşədə qeydə alınıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Oğuz rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı ərazidə kol-kos və ağaclar yanıb.

Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi