Oğuzda meşə zolağı yanğından mühafizə olunub - YENİLƏNİB

Oğuzda meşə zolağı yanğından mühafizə olunub - YENİLƏNİB Oğuz rayonunun Xaçmazqışlaq kəndi yaxınlığında 2 ha sahədə kol-kos və ağaclar yanıb.
Hadisə
7 Mart , 2020 19:00
Oğuzda meşə zolağı yanğından mühafizə olunub - YENİLƏNİB

Oğuz rayonunun Xaçmazqışlaq kəndi yaxınlığında 2 ha sahədə kol-kos və ağaclar yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, meşə zolağı yanğından mühafizə olunub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin ərazi üzrə yerli bölmələrinin əməkdaşları tərəfindən söndürülüb;

Quba rayonunun Qonaqkənd qəsəbəsində həyətyanı sahəyə yığılan 3 ton ot bağlamasının 2,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


***14:58

Oğuz rayonunda meşədə yanğın başlayıb. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Xaçmazqışlaq kəndi yaxınlığından meşə zolağından başlayan yanğın böyük bir ərazini əhatə edir.

Yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi