Oğuzda körpəni it dişləyib

Oğuzda körpəni it dişləyib Oğuz. 27 sentyabr. REPORT.AZ/ Oğuz rayonunda üç yaşlı uşağı it dişləyib.
Hadisə
27 Sentyabr , 2018 18:40
Oğuzda körpəni it dişləyib

Oğuz. 27 sentyabr. REPORT.AZ/ Oğuz rayonunda üç yaşlı uşağı it dişləyib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Astraxanovka kəndində qeydə alınıb.

Belə ki, bu gün səhər saatlarında kənd sakini, 2015-ci il təvəllüdlü Bəxtiyar Orxan oğlu Mustafayev it dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanadan “Report”a bildirilib ki, it B.Mustafayevin üst dodağını dişləyib. Onun dodağına iki tikiş qoyulub. Körpəyə digər lazımi tibbi yardımlar göstərildikdən sonra quduzluq əleyhinə peyvənd vurularaq ambulator müalicə almaq şərtilə evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi