Oğuzda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Oğuzda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO Oğuz. 26 noyabr. REPORT.AZ/ Oğuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
26 Noyabr , 2018 00:06
Oğuzda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Oğuz. 26 noyabr. REPORT.AZ/ Oğuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

Həmin küçə ilə hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı Oğuz sakini, 1985-ci il təvəllüdlü Kuhi Elnur Fərman oğlunun idarə etdiyi minik avtomobili toqquşmadan sonra yol kənarındakı mağazaya çırpılıb.

Qəza nəticəsində 33 yaşlı sürücü aldığı bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"a verilən məlumata görə, ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir. Qəza zamanı avtomobillərdə olan iki qadın və iki uşaq xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi