Oğuzda güclü külək fəsadlar yaradıb

Oğuzda güclü külək fəsadlar yaradıb Güclü külək Oğuz rayonunda bir sıra fəsadlar yaradıb. "Report"un yerli bürosunun məlumatına görə, ötən gün axşam saatlarından etibarən Şimal-qərb bölgəsində davam edən güclü külək rayonun ən böyük kəndi olan Xaçmaz kəndində iri gövdəli ağacları kökündə
Hadisə
163
28 Mart , 2022 13:19
Oğuzda güclü külək fəsadlar yaradıb

Güclü külək Oğuz rayonunda bir sıra fəsadlar yaradıb.

"Report"un yerli bürosunun məlumatına görə, ötən gün axşam saatlarından etibarən Şimal-qərb bölgəsində davam edən güclü külək rayonun ən böyük kəndi olan Xaçmaz kəndində iri gövdəli ağacları kökündən qopararaq qaz xətlərinin üzərinə aşırıb.

Güclü külək elektrik dirəklərini də aşırıb və elektrik xətləri yararsız hala salıb.

Nəticədə 10 000-ə yaxın əhalisi olan Xaçmaz kəndinə elektrik enerjisinin və təbii qazın verilişi dayandırılıb.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır.

Qeyd edək ki, bölgədə küləkli hava davam edir.

Son xəbərlər

Orphus sistemi