Yuxarı

Oğuzda gənc oğlan qayalıqdan yıxılıb, onun axtarışları davam etdirilir

Hadisə bu gün günorta saatlarında rayonunun Filfilli kəndi ərazisində baş verib

Oğuz. 13 avqust. REPORT.AZ/ Oğuzda gənc oğlan qayalıqdan yıxılıb.

”Report”un Şimal-Qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonunun Filfilli kəndi ərazisində baş verib.

Kəndin yaxınlğındakı Böyük Qafqaz sıra dağlarının qayalıq ərazisində hələlik bilinməyən səbəblərdən Filfilli kənd sakini, 1988-ci il təvəllüdlü Sərxan Sərdar oğlu Seyidəliyev yıxılıb.

Hadisə yerinə Oğuz rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Hazırda dağlıq ərazilərdə 28 yaşlı gəncin axtarışları davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi