Oğuzda canavarlar eyni təsərrüfata ikinci dəfə hücum etdi - VİDEO

Oğuzda canavarlar eyni təsərrüfata ikinci dəfə hücum etdi - VİDEO Oğuz rayonunda canavarlar qoyunları parçalayıb.
Hadisə
19 Mart , 2020 22:08
Oğuzda canavarlar eyni təsərrüfata ikinci dəfə hücum etdi - VİDEO

Oğuz rayonunda canavarlar qoyunları parçalayıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndində baş verib.

Belə ki, kəndə hücum edən canavarlar kənd sakini Adil Cabbarovun yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinə soxulub.

Canavarlar tövlədə olan 2 baş qoyunu parçalayıb, daha bir-neçəsini isə yaralayıb.

Qeyd edək ki, üç gün öncə həmin həyətə girən canavarlar mal tövləsinə hücum edərək 14 baş qoyunu parçalayıb, 2 heyvanı aparıb, 14-nü isə yaralayıblar.

Son xəbərlər

Orphus sistemi